Yuxarı
    Bağlamaq

    Azadlığa buraxılan keçmiş polis kapitanı ilə bağlı hökmdən verilən apellyasiya protesti geri qaytarılıb

    Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub© Report

    Bakı. 9 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəqan Nəsibovun barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya protesti hərəkətsiz saxlanılıb, birinci instansiya məhkəməsinə qaytarılıb.

    Qeyd edək ki, F.Nəsibov daha əvvəllər Binəqədi Rayon Polis İdarəsində kapitan rütbəsi ilə çalışıb. O, polis vəzifəsindən ayrılandan sonra hüquqşünas kimi fəaliyyətini davam etdirib.

    İttiham aktına əsasən, F.Nəsibov hüquqi nümayəndəsi olduğu şəxslərdən dələduzluq yolu ilə pul alıb.

    Xatırladaq ki, F.Nəsibov 2014-cü ildə də həbs edilib. O, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. Həmin vaxt dələduzluqda ittiham edilən F.Nəsibov ittihamı qəbul etmədiyi üçün bu addımı atdığını deyib. Onun barəsində məhkəmə şərti cəza təyin edib.

    F.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Nəsibovun barəsində 3 il sınaq müddəti təyin edilməklə ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi