Azad Rəhimov: "Üç avstriyalı idmançının yaralandığı insidentlə bağlı təhqiqat aparılır"

Azad Rəhimov: "Üç avstriyalı idmançının yaralandığı insidentlə bağlı təhqiqat aparılır" "Azərbaycan yaralanan idmançının müalicəsini dəstəkləyir"
Hadisə
12 İyun , 2015 12:39
Azad Rəhimov: Üç avstriyalı idmançının yaralandığı insidentlə bağlı təhqiqat aparılır

Bakı. 12 iyun. REPORT.AZ/ "Hazırda istintaq orqanları üç avstriyalı idmançının yaralandığı insidenti araşdırır". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib. 

Onun sözlərinə görə, hadisə zamanı iki idmançı yüngül xəsarət alıb, üçüncüsü isə dünən Avstriyaya aparılıb. 

"Azərbaycan onun müalicəsini dəstəkləyir. Azərbaycanın Avstriyadakı səfirliyi xəsarət alana bütün mümkün köməyi göstərir və dəstəkləyir", - nazir vurğulayıb. 

A.Rəhimov deyib ki, hazırda yaralı idmançının vəziyyəti sabitdir və o, əməliyyat olunacaq. 

Son xəbərlər

Orphus sistemi