Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı

Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb
Hadisə
375
12 Mart , 2021 15:09
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərinə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş Horadiz kəndinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri Ş.Süleymanov, S.Hüseynov və A.Alışov olmaları müəyyən edilib.

Adıçəkilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi