Azad olunan ərazilərdə daha 316 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 316 mina aşkarlanıb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
Hadisə
140
8 Noyabr , 2021 13:14
Azad olunan ərazilərdə daha 316 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, noyabrın 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 173, tank əleyhinə 143 mina və 93 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 121 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi