Azad edilmiş ərazilərdə daha 2442 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 2442 mina aşkarlanıb Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
Hadisə
3 Oktyabr , 2022 13:07
Azad edilmiş ərazilərdə daha 2442 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 2442 mina aşkarlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1695, tank əleyhinə 747 mina və 1363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 4 064,06 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi