Azad edilən ərazilərə icazəsiz daxil olan daha 2 nəfər saxlanılıb

Azad edilən ərazilərə icazəsiz daxil olan daha 2 nəfər saxlanılıb Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər aşkar edilib.
Hadisə
17 dekabr 2021 07:19
Azad edilən ərazilərə icazəsiz daxil olan daha 2 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində işğaldan azad edilən ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Xocavənd və Laçın Rayon Polis Şöbələrinin (RPŞ) əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metal qalıqları yışmaq məqsədi ilə işğaldan azad edilən ərazilərə daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri - Elmin Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlara bir daha işğaldan azad edilən ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.

Son xəbərlər

Orphus sistemi