Azad edilən ərazilərdə daha 27 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 27 mina aşkarlanıb Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
Hadisə
27 dekabr 2021 06:45
Azad edilən ərazilərdə daha 27 mina aşkarlanıb
0 : 00
0 : 00

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan "Report"a verilən məlumata görə, dekabrın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 25 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 97 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi