Azad edilən ərazilərdə daha 67 hektar ərazi minalardan təmizlənib

Azad edilən ərazilərdə daha 67 hektar ərazi minalardan təmizlənib Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
Hadisə
24 Yanvar , 2022 10:10
Azad edilən ərazilərdə daha 67 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan "Report"a verilən məlumata görə, yanvarın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 1 mina və 9 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 67,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi