“Report” DİN-in saytına istinadən xəbər verir ki, oğurluğa cəhd edən şəxs saxlanılıb.
Belə ki, Gəncə şəhər Mühafizə İdarəsi əməkdaşları tərəfindən şəhərin Azərbaycan küçəsindəki “Azərpoçt” MMC-nin Filialından daxil olmuş həyəcan siqnalı yoxlanılarkən oranın giriş qapısına müdaxilə olunması aşkar edilib. Oradakı bankomatdan oğurluğa cəhd göstərmiş şəhər sakini Orxan Abbaszadə saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.