Yuxarı
    Bağlamaq

    Azərbaycanda vətəndaşın əmlakını dələduzluq yolu ilə ələ keçirən vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib

    Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanda vətəndaşın külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirən vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.

    Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

    Belə ki, “Standart Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Araşdırmalar zamanı cəmiyyətin qiymətli kağızlar üzrə baş mütəxəssisi Məzahim Məmmədovun qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünü xarici ölkələrdə geniş fəaliyyət göstərən “Minvest” şirkətinin sahibi, Avropa və Amerikada qiymətli kağız birjaları ilə yaxın əlaqəsi olan mütəxəssis kimi təqdim edərək Bakı şəhər sakininə yüksək faizlə gəlir əldə etməyi vəd verməklə 2013-cü ildə aldadıb 60 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi