Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanın Cəlilabad rayonunda dərmandan zəhərlənən gənc dünyasını dəyişib. Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a daxil olan məlumata görə hadisə rayonun Zopun kəndində baş verib. Hadisə zamanı 1992-ci il təvəllüdlü Hüseynov Orxan Arif oğlu dərman qəbul etdikdən sonra halı pisləşib. Xəstəxanaya çatdırılan O.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Cəlilabad RPŞ və rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda toya hazırlaşan gənc dərmandan zəhərlənərək ölüb
Hadisə
24 Sentyabr , 2014
17:27


Son xəbərlər
