Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda QHT sədri şərti azadlığa buraxılıb

    Emil Məmmədova 1 il şərti cəza verilib

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri, hüquqmüdafiəçisi Emil Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, hakim məhkəmə qərarını elan edib. Qərara əsasən, E.Məmmədova 1 il şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, dünənki prosesdə dövlət ittihamçısı E.Məmmədov barəsində 2 il sınaq müddətinin tətbiq edilməsini, məhkəmə zalından azad olunmasını və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsini istəmişdi.

    Xatırladaq ki, E.Məmmədov mayın 13-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmək) maddəsi ilə ittiham irəli sürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi