Yuxarı

Azərbaycanda qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb

Şükufə Babayevanın yanmış meyiti tapılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-da gecə saat 1 radələrində Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində ölümlə nəticələnən partlayış hadisəsi baş verib. Bu barədə Report-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəsəbədə yaşayan Şükufə Babayevaya məxsus birotaqlı evdə məişətdə istifadə edilən qaz balonu partlayıb və yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra Ş.Babayevanın yanmış meyiti tapılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi