Yuxarı

Azərbaycanda qanunvericiliyi pozan prokurorluq orqanlarının 3 əməkdaşı vəzifəsindən azad edilib

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanda prokurorluq orqanlarının 3 əməkdaşı vəzifəsindən azad edilib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Belə ki, Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla Nərimanov rayon prokurorluğu əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı cinayət-prosessual qanunvericiliyin və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini pozmaqla istintaq və təhqiqat zamanı süründürməçiliyə, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri prinsipiallığın göstərilməməsi, eləcə də əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi və vətəndaşların müraciətlərinə vaxtında və obyektiv baxılmaması hallarına yol verdikləri müəyyən olunub.

Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi