Belə ki, Xırdalan şəhərində naməlum şəxs Sona Dadaşovanın çantasını zorla əlindən alaraq qaçıb.
Hadisəni törətməkdə şübhəli bilinən 19 yaşlı Ucar rayon sakini Vüsal Bağırlı saxlanılıb. V.Bağırlı ifadəsi zamanı bir neçə gün əvvəl fəhlə işlədiyi tikintidən işdən çıxarıldığını və yeni iş tapmaq əvəzinə soyğunçuluq etməyə qərar verdiyini deyib.
Onun alıb qaçdığı çantadan isə yalnız 3 manat məbləğində pul çıxıb.
Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.