Yuxarı
    Bağlamaq

    Azərbaycanda oğurladığı dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən şəxs saxlanılıb

    Saxlanılan şəxsin maşınından başqa dövlət qeydiyyat nişanları da aşkar edilib

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda oğurladığı dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən şəxs saxlanılıb. Report-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 8-də Heydər İbrahimova məxsus “Hyundai” markalı avtomobildən oğurlanan dövlət qeydiyyat nişanları üzərində olan “Daewoo” markalı avtomobilin Bakı-Şamaxı yolunda hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən aşkar edilib. Görülən tədbirlərlə həmin avtomobil Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili idarə edən Bakı şəhər sakini Adil Əhmədov araşdırmalar aparılması üçün Abşeron Rayon Polis Şöbəsinə təhvil verilib.

    Avtomobilə baxış zamanı Lənkəran rayon sakini Fuad Tağıyevə məxsus “VAZ-21099” markalı avtomobilə aid dövlət qeydiyyat nişanları da aşkar edilərək götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi