Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın Abşeron rayonunda “Alyans MMC”yə məxsus tikinti şirkətində oğurluq edilib. Bu barədə “Report”a Abşeron Rayon Polis Şöbəsindən (RPŞ) bildirilib.
Məlumata görə, şirkətə məxsus elektrik cihazları naməlum şəxs tərəfindən oğurlanıb.
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə çalışan Xırdalan şəhər sakini 33 yaşlı Anar Mustafayev saxlanılıb. A. Mustafayev ifadəsində oğurladığı əşyaları cəmi 20 manata satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.