Yuxarı

Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Rusiyada axtarışda olan şəxsi tutub

Əməliyyat-axtarış tədbirlərini DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşları həyata keçirib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyasında axtarışda olan şəxsi tutub.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan DİN-in rəsmi saytı məlumat yayıb.

Əməliyyat-axtarış tədbirlərini DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşları həyata keçirib. Əməliyyat nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi (rəsmi sənədləri, möhürləri saxtalaşdırma, hazırlama, satma) ilə axtarışda olan Mahir Məmmədov saxlanılıb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi