​Azərbaycan Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub

​Azərbaycan Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə (CAŞ) rəis təyinatı olub
Hadisə
275
29 Oktyabr , 2014 11:55
​Azərbaycan Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub. “Report” xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəis müavini Niyaməddin Eyvazov vəzifəsindən azad olunaraq Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə (CAŞ) rəis təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Binəqədi RPİ CAŞ-ın keçmiş rəisi, polis polkovnik-leytenantı Heydər Heydərli vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin rəis müavini təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi