Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda Azərbaycan Dəmir Yolları QSC-yə məxsus motovozda yanğın hadisəsi baş verib. “Report”un Fövqəladə Hallar nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ələt-Qobustan istiqaməti ilə hərəkət edən motovozun kabinəsinin yanar hissələri qismən yanıb. Motovozun qalan hissəsi yanğından mühafizə olunub.
Azərbaycan Dəmir Yolları QSC-yə məxsus motovozda yanğın baş verib
Hadisə
10 oktyabr 2014
11:47


Son xəbərlər
