Azərbaycan Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirlərdə iştirak edib

Azərbaycan Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirlərdə iştirak edib Tədbirlərdə ölkəni Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları təmsil edib
Hadisə
114
30 Oktyabr , 2014 16:21
Azərbaycan Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirlərdə iştirak edib
Bakı. 30 oktyabr. REPORT.AZ/ Polşanın paytaxtı Varşava şəhərində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurumların nümayəndələri üçün kurslar keçirilib. Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, kurslar Polşanın Korrupsiyaya qarşı mübarizə üzrə Mərkəzi Bürosu və Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfindən təşkil edilib.

Avstriya, Latviya, Litva, Estoniya, Rumıniya, Xorvatiya və Moldovadan olan 25-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssislər qrupunun rəhbəri Rəşid Mahmudov təmsil edib.

Tədbir çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nəticələr və korrupsiya riskləri müzakirə edilmiş, qeyd olunan mövzu ilə əlaqədar R.Mahmudov tərəfindən təqdimat keçirilib. Kurs zamanı həmçinin, korrupsiyaya qarşı mübarizə sahəsində mövcud vəziyyət araşdırılıb, problemli məsələlər öyrənilib və inkişaf tendensiyalarının müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.

Bundan başqa, Malayziya Krallığının paytaxtı Kuala Lumpur şəhərində Malayziya Antikorrupsiya Komissiyasının Akademiyası tərəfindən “İxtisaslaşmış dürüst məmur” adlı Tədris Proqramı keçirilib.

Müxtəlif ölkələrin antikorrupsiya qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Sahib İsmayılov təmsil edib.

Son xəbərlər

Orphus sistemi