Yuxarı
    Bağlamaq

    Azərbaycanın rayonlarından birində külli miqdarda narkotik aşkarlanıb

    Saxlanılan şəxs narkotik tərkibli bitkiləri öz həyətində əkib-becərib

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın Kürdəmir rayonunda külli miqdarda narkotik aşkarlanıb. Report-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayonun Yenikənd kənd sakini Həsrət Səmədzadə şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 110 kiloqram olan 30 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 79 qram marixuana aşkar edilərək götürülüb. İstintaq zamanı H.Səmədzadənin əvvəllər də eyni cinayətləri etdiyi üçün məhkum oluduğu məlum olub. Saxlanılan şəxs narkotik vasitələri özü istifadə etməklə yanaşı, satışı ilə də məşğul olub.

    Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi