Yuxarı
    Bağlamaq

    Azərbayan hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyasında axtarışda olan 8 nəfəri tutub

    Balakəndə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə Rusiyada axtarışda olan iki qardaş saxlanıb

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbayan hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyasında axtarışda olan 8 nəfəri tutub.

    “Report”un xəbərinə görə, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) saytında məlumat verilib.

    Belə ki, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Nəsud Quliyev və 210-cu maddəsi (cinayətkar birlik yaratma) ilə axtarışda olan Fərhad Abdullayev tutulub, 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Nurlan Əlihüseynov saxlanılıb.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Ülfət Məmmədov saxlanılıb.

    Bundan başqa, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Araz Əliyev tutulub.

    Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında axtarışda olan iki qardaş saxlanıb. Bunlar Rusiya Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olanlar Mehman Coqiyev və onun qardaşı Hacıyoydur.

    Baş Cinayət-Axtarış İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 108-ci (zəruri müdafiə həddinin aşmaqla adam öldürmə) və 206-cı (girov götürmə) maddələri ilə axtarışda olan Oqtay Səmədov tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi