Ayxan Abbasov: "Uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da etdilər"

Ayxan Abbasov: "Uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da etdilər" "İlk dəqiqələrdən oyunu əks-hücumlar üzərində qurmuşduq"
Hadisə
5 Noyabr , 2017 20:43
Ayxan Abbasov: Uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da etdilər
Ayxan Abbasov

Bakı. 5 noyabr. REPORT.AZ/ "Gərgin oyun oldu. Belə də gözləyirdik. “Neftçi” son oyunlarda yaxşı oyun sərgiləmişdi. Ancaq bu gün uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da yerinə yetirdilər. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

İkinci qol vurulduğu zaman hakimin ofsayd qərarına ona barmağınızı silkəməklə etiraz etdiniz...

- Barmaq silkələməmişəm. Əlimi qaldıraraq etiraz etdim. Məncə, orada ofsayd yox idi. Var idisə də, hakim qərarı çox gec vermişdi. Matçdan sonra isə hakimlərə yaxınlaşıb, təşəkkür etdim.

Deməli, hakimlikdən razı qaldınız...

- Kiçik səhvləri olsa da, ciddi narazılığım yoxdur.

İlk 14-15 dəqiqə ərzində meydanın mərkəzini keçə bilmirdiniz. Bu, sizin tapşırığınız idi?

- Mərkəzi keçməsək də, oyuna nəzarət edirdik. “Neftçi”nin oyuna hücumlarla başlayacağını bilirdik. Buna görə, ilk dəqiqələrdən oyunu əks-hücumlar üzərində qurmuşduq.

Son xəbərlər

Orphus sistemi