Aytac Babayevanı öldürən oğlanın anası məhkəmədə ifadə verməkdən imtina edib

Aytac Babayevanı öldürən oğlanın anası məhkəmədə ifadə verməkdən imtina edib Atası isə insult xəstəsi olduğu üçün məhkəməyə gəlməyib
Hadisə
6 Noyabr , 2015 13:20
Aytac Babayevanı öldürən oğlanın anası məhkəmədə ifadə verməkdən imtina edib

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anası Çiyələm Hüseynova ifadə vermək istəməyib.

İ.Hüseynovun atası Hafiz Hüseynov isə yataq - insult xəstəsi olduğu üçün məhkəməyə gəlməyib.

Hakim Tamella Nəsrullayeva digər şahid Orxan Axundovun iclasda ifadə verməsi üçün məhkəməyə məcburi gətirilməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinə müraciət etdiklərini deyib.

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, bu ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

Son xəbərlər

Orphus sistemi