Aygün Bəylərin qohumunun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qardaşıdır - EKSKLÜZİV

Aygün Bəylərin qohumunun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qardaşıdır - EKSKLÜZİV Araşdırmalar davam etdirilir
Hadisə
29 Avqust , 2016 16:35
Aygün Bəylərin qohumunun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qardaşıdır - EKSKLÜZİV

Bakı. 29 avqust. REPORT.AZ/ Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümmətovun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qohumudur.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, tutulan şəxslərdən Abbas Hümmətov Aygün Bəylərin qardaşıdır.

Qeyd edək ki, hadisə üç il əvvəl baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulublar.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi