Yuxarı

Aygün Bəylər növbəti dəfə məhkəmə prosesinə gəlməyib

Aygün Bəylər növbəti dəfə məhkəmə prosesinə gəlməyib
Röya Ayxanın Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası davam etdirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bu barədə "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.

O bildirib ki, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylərin məhkəməyə gəlmədiyi elan olunub.

Qeyd olunub ki, A.Bəylərin özünün də məhkəmədə iştirak etməsi lazımdır. Vəkil deyib ki, məhkəmə Aygün Bəylərin ünvanına bildiriş göndərib: "Məhkəmə onun ünvanına yenidən bildiriş göndərəcək".

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib.

Qeyd edək ki, R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

Xatırladaq ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi