Aydın Bəşirov Türkiyədə vəfat edib

Aydın Bəşirov Türkiyədə vəfat edib Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ASC-nin keçmiş rəisi Aydın Bəşirov vəfat edib.
Hadisə
29 Dekabr , 2019 12:25
Aydın Bəşirov Türkiyədə vəfat edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin keçmiş rəisi Aydın Bəşirov vəfat edib.

Bu barədə “Report”a onun yaxınları məlumat verib.

A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sabah dəfn ediləcəyi gözlənilir.

Qeyd edək ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. O, 2013-cü ilin oktyabrın 22-dək bu vəzifədə işləyib.

A.Bəşirovun vəfatı barədə məlumatı ilk olaraq “BakuPost” saytı yayıb.

Allah rəhmət eləsin! 

Son xəbərlər

Orphus sistemi