Ayaz Mütəllibovun keçmiş mətbuat katibi apellyasiya şikayətindən imtina edib

Ayaz Mütəllibovun keçmiş mətbuat katibi apellyasiya şikayətindən imtina edib Məhkəmə apellyasiya baxışına xitam verib
Hadisə
11 May , 2018 09:56
Ayaz Mütəllibovun keçmiş mətbuat katibi apellyasiya şikayətindən imtina edib
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor İbrahimov (Teylor Fətişoğlu) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsin anket məlumatlar və apellyasiya şikayəti dəqiqləşdirilib.

Daha sonra T.İbrahimov apellyasiya şikayətindən imtina etdiyini deyib.

Məhkəmə qərarına əsasən, apellyasiya baxışına xitam verilib.

İttiham aktına əsasən, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək onun 15 min 500 manatını, digər zərərçəkmiş Zaur Məmmədovu isə başqa qurumda işə düzəldəcəyini bildirərək onun 13 min manat pulunu ələ keçirib.

O, ümumilikdə, 20-dən çox zərərçəkmişə qarşı 100 min manatdan çox dələduzluq edib.

T.İbrahimov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluqda, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Cinayət işində şahid qismində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun da adı keçir. O, məhkəməyə teleqram göndərib. Qeyd edib ki, işi ilə bağlı məhkəməyə gələ bilmir və istintaqa verdiyi ifadəsini təsdiq edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatıradaq ki, T.İbrahimov Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

Son xəbərlər

Orphus sistemi