Qubada oğurluğa görə axtarışda olan şəxs saxlanılıb

Qubada oğurluğa görə axtarışda olan şəxs saxlanılıb Quba. 19 yanvar. REPORT.AZ/ Oğurluğa görə axtarışda olan şəxs Qubada tutulub.
Hadisə
19 Yanvar , 2019 10:32
Qubada oğurluğa görə axtarışda olan şəxs saxlanılıb

Quba. 19 yanvar. REPORT.AZ/ Oğurluğa görə axtarışda olan şəxs Qubada tutulub.

“Report”un Şimal bürosunun məlumatına görə, əməliyyatı Quba Rayon Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Nəticədə rayonun Zərdabi qəsəbə sakini, Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq-təkrar törədildikdə), və 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə axtarışda olan Cavid Nəcəfov şəhər ərazisində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi