Axtarışda olan şəxsdə psixotrop maddə və döyüş sursatı aşkarlandı

Axtarışda olan şəxsdə psixotrop maddə və döyüş sursatı aşkarlandı Barəsində axtarış elan edilmiş Lənkəran şəhər sakini Mirhəsən Ocaqov saxlanılıb
Hadisə
5 Aprel , 2021 14:08
Axtarışda olan şəxsdə psixotrop maddə və döyüş sursatı aşkarlandı
Mirhəsən Ocaqov

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən 11.07.2020-ci il tarixdə barəsində axtarış elan edilmiş Lənkəran şəhər sakini Mirhəsən Ocaqov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 4 bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi, yaşadığı ünvandan isə avtomat silahına aid, 12 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi