Yuxarı

Axtarışda olan şəxs saxlanılıb, ondan odlu silah-sursat götürülüb

Axtarışda olan şəxs saxlanılıb, ondan odlu silah-sursat götürülüb

Bakı. 15 mart. REPORT.AZ/ Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Oqtay Şirinovun yeri müəyyən edilərək saxlanılıb. 

Daxili İşlər Naziriyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən kustar üsulla hazırlanmış qələm tapança və 55 ədəd patron aşkar edilib.

Araşdırma zamanı onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

O.Şirinov götürülən maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi