Yuxarı

Axtarışda olan şəxs Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 144-cü (Adam oğurluğu) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan B.Qəhramani Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutularaq ölkəmizə ekstradisiya olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi