Axtarışda olan şəxs Göygöldə tutulub

Axtarışda olan şəxs Göygöldə tutulub Qax. 23 may. REPORT.AZ/ Vətəndaşın etibarından sui-istifadə edərək ona maddi ziyan vuran şəxs saxlanılıb.
Hadisə
23 May , 2018 10:58
Axtarışda olan şəxs Göygöldə tutulub
0 : 00
0 : 00

Qax. 23 may. REPORT.AZ/ Vətəndaşın etibarından sui-istifadə edərək ona maddi ziyan vuran şəxs saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Belə ki, bu ilin yanvarın 6-da Murad Eyvazov Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək Elbrus adlı şəxsin ondan ərzaq məhsulları sifariş edib Qax rayonuna göndərilməsini istəmiş, həmin məhsulların pulunu verəcəyinə inandırıb, etibarından sui-istifadə edərək ona 2500 manat dəyərində maddi ziyan vurub.

Məsələ aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə (RPŞ) göndərilib, həmin şəxsin əvvəllər də məhkum olunmuş və cinayət məcəlləsinin müvafiq maddələri ilə barəsində axtarış elan olunmuş Bakı şəhər sakini, Babək Həsənov olduğu müəyyən edilib. Qax və Göygöl RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən şəxs Göygöl rayonunun Mixaylovka kəndində saxlanılaraq İstintaqa təhvil verilib. Onun digər cinayət faktlarının törədilməsində iştirakının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi