Bakı. 27 fevral. REPORT.AZ/ Dağıstanda qanunsuz şəkildə Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Rusiya vətəndaşı saxlanılıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, həmin şəxs Tahirkənd-Qazmalar sərhəd buraxılış məntəqəsində tutulub.
Sərhəd Xidməti əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs Saratov vilayətində vəzifə səlahiyyətlərindən istifadə edərək fırıldaqçılıq etməkdə təqsirləndirilir və federal axtarışda olub.