Yuxarı

Azərbaycanda axtarışda olan qadına bəraət verilib

Polisin başlatdığı cinayət işinə xitam verilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanda axtarışda olan şəxsə bəraət verilib. Bu barədə “Report”a həmin şəxsin vəkili Adəm Məmmədov məlumat verib.

Belə ki, Hüseynova Yeganə İsgəndər qızı barəsində bu il mayın 15-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin (İŞ) müstəntiqi, polis mayoru Ziyafət Mənsimov tərəfindən Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. İyunun 16-da isə Y.Hüseynova barəsində axtarış elan edilib. O, iyunun 28-də şübhəli şəxs qismində tutulub. İyunun 30-da isə Yeganə Hüseynova təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sabunçu rayon prokurorluğu qarşısında vəsatət qaldırılıb.

“Yeganə Hüseynovanın əməllərində cinayət tərkibi olmadığından, sentyabrın 9-da cinayət işi üzrə icraata Bakı Şəhər Baş Polis İdarəsinin İstinaq İdarəsi tərəfindən bəraət verici əsaslarla xitam verildi”, - A.Məmmədov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi