Axtarışda olan Biləsuvar sakini Bakıda tutuldu

Axtarışda olan Biləsuvar sakini Bakıda tutuldu Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib
Hadisə
8 Mart , 2021 09:57
Axtarışda olan Biləsuvar sakini Bakıda tutuldu

Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsinə əsasən, barəsində axtarış elan edilmiş Biləsuvar rayon sakini R.Əzizov Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi