Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb

Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb Bakı. 23 iyul. REPORT.AZ/ Rusiyanın Kazan şəhərindəki hava limanında beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı saxlanılıb.
Hadisə
23 İyul , 2018 11:16
Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ Rusiyanın Kazan şəhərindəki hava limanında beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidməti yayıb. 

Ad-soyadı açıqlanmayan 30 yaşlı Azərbaycan vətəndaşının oğurluqda şübhəli bilindiyi açıqlanıb. O, Tbilisiyə uçmağa çalışarkən saxlanılıb və ekstradisiya prosedurunun həyata keçirilməsi üçün polisə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi