Yuxarı

Axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda tutulub

Elsevər Əsgərov qəsdən adam öldürməkdə şübhəli bilinir

Bakı. 10 sentyabr. REPORT.AZ/ Qəsdən adam öldürdüyünə görə axtarşıda olan azərbaycanlı Qazaxıstanda tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi səhifəsində məlumat yer alıb. 

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Elsevər Əsgərov Qazaxıstanın Astana şəhərində tutularaq Azərbaycana gətirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi