Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb - FOTO

Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb - FOTO Hadisədə iş vaxtı baş verib
Hadisə
299
2 Aprel , 2018 07:10
Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb - FOTO
Report

Bakı. 2 aprel. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.

Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi