Bakı-Qazax-Gürcüstan yolunda avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub

Bakı-Qazax-Gürcüstan yolunda avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub Bakı-Qazax-Gürcüstan yolunda avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.
Hadisə
5 noyabr 2019 05:37
Bakı-Qazax-Gürcüstan yolunda avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub

Bakı-Qazax-Gürcüstan yolunda avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

“Report”un xəbərinə görə, hadisə ötən gün yolun Goranboy rayonunun Muzdurlar kəndi ərazisində baş verib.

Belə ki, Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Röyal Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 40-45 yaşlı naməlum kişini vurub.

Yaralı Gəncə şəhər 3 saylı xəstəxanasına aparılıb və orada ölüb.

Araşdırmalar zamanı ölən şəxsin Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Adil Hüseynov olduğu məlum olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi