8 Mart günü avtomobillə vurulan qadın ölüb

8 Mart günü avtomobillə vurulan qadın ölüb Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
9 Mart , 2015 14:29
8 Mart günü avtomobillə vurulan qadın ölüb

Bakı. 9 mart. REPORT.AZ/ Martın 8-də saat 20 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Nəbi Rüstəmov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Elmira Quliyevanı vurub. “Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Səbail Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi