Avtomobilin yanması nəticəsində iki nəfər xəsarət alıb

Avtomobilin yanması nəticəsində iki nəfər xəsarət alıb Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
7 Sentyabr , 2015 18:01
Avtomobilin yanması nəticəsində iki nəfər xəsarət alıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Ağdaş şəhərində avtomobilin yanması nəticəsində iki nəfər xəsarət alıb. "Report"un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin yük hissəsi və 1 ədəd arxa təkəri yanıb. Yanğın zamanı avtomobildə təmir işləri aparan zaman 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və qonşular tərəfindən rayon mərkəzi xəstəxanasına aparılıblar. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi