Avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Avtomobilin vurduğu qadın xəstəxanada ölüb Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
417
10 Dekabr , 2020 13:31
Avtomobilin vurduğu qadın xəstəxanada ölüb
0 : 00
0 : 00

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 9-u saat 8 radələrində Nərimanov rayonunun Təbriz küçəsi ərazisində şəhər sakini M.Ramazanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Fatma Delşadı vurub. Nəticədə piyada xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi