Bakıda avtomobil qaçıran şəxs tutulub

Bakıda avtomobil qaçıran şəxs tutulub Bakıda avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
5 Fevral , 2022 12:20
Bakıda avtomobil qaçıran şəxs tutulub

Bakıda avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 7-də Beynəlxalq Avtovağzal Kompleksi ərazisindən Bakı şəhər sakini O.Məmmədova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini K.Mikayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi