Səbail polisi avtomobildən oğurluq edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, mayın 29-da rayon ərazisində “Renault” markalı avtomobildən 560 manat dəyərində mobil telefon oğurlanıb.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.