Bakıda 5 avtomobildən akkumulyator oğurlayan şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda 5 avtomobildən akkumulyator oğurlayan şəxsin ibtidai istintaqı başa çatıb Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda oğurluq etməkdə təqsirləndirilən Ramil Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 Yanvar , 2019 17:10
Bakıda 5 avtomobildən akkumulyator oğurlayan şəxsin ibtidai istintaqı başa çatıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda oğurluq etməkdə təqsirləndirilən Ramil Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Binqədi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Abbas Rzayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, R.Hacıyev 2017-ci ilin dekabr ayından 2018-ci ilin fevral ayınadək olan müddətdə rayon ərazisində 5 avtomobildən akkumulyator oğurlayıb.

O, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Son xəbərlər

Orphus sistemi