Avtomobildə gizlədilən mobil telefonlar aşkar edilib

Avtomobildə gizlədilən mobil telefonlar aşkar edilib ​Avtomobildə gizlədilən mobil telefonlar aşkar edilib
Hadisə
8 Fevral , 2019 14:50
Avtomobildə gizlədilən mobil telefonlar aşkar edilib

Bakı. 8 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Hundai Sonata" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin motor yerindən 1 ədəd "Samsung Galaxy J6", 1 ədəd "Redmi Note 6 pro" markalı mobil telefon və 5 ədəd mobil telefon qutusu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi