Avtomobil yuyan gənci elektrik cərəyanı vuraraq öldürdü

Avtomobil yuyan gənci elektrik cərəyanı vuraraq öldürdü Bərdə rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
1422
26 Avqust , 2020 21:33
Avtomobil yuyan gənci elektrik cərəyanı vuraraq öldürdü

Bərdə rayonunda bədbəxt hadisə baş verib.  

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Həsənov Niyaməddin Mübariz oğlu kənd ərazisində yerləşən avtoyuma məntəqəsində işləyərkən anidən onu elektrik cərəyanı vurub. N. Həsənov hadisə yerində dünyasını dəyişib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi