Avtomobil yolu keçən şəxsi vuraraq öldürdü

Avtomobil yolu keçən şəxsi vuraraq öldürdü Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
28 dekabr 2020 07:17
Avtomobil yolu keçən şəxsi vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 26-ı saat 19 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Tağıyev idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini İkram İsmayılovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi